Ramin Musayev: Bütün günahları bizdə görürlər
25.09.2013 - 14:39
Ramin Musayev: Bütün günahları bizdə görürlər
“Bəzi klublar yayımdan imtina edir. Canlı yayım təşkil edirik, deyirlər istəmirik, etməyəndə də deyirlər ki, canlı yayım istəyirik”. Apasport.az saytının məlumatına görə, bu sözlər Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.

Bu gün Topaz Premyer Liqasında avqust ayının ən yaxşı oyunçusu və ən gözəl qolun müəllifinin mükafatlandırma mərasimi keçirilib.

Tədbirdə jurnalistlərin suallarını cavablandıran Musayev teleyayım məsələsinə toxunub: “Bütün günahları PFL-də görürlər. Normal tənqidləri qəbul edirik. Elə olub ki, bizə təklif edilən ideyanı qəbul edib, reallaşdırmışıq. Hər birimizin məqsədi Azərbaycan futbolunun inkişafıdır. İstəyirik ki, haqsızlıq olmasın. Qoy, bu günə qədər bir nəfər desin ki, PFL işinin öhdəsindən gələ bilmir”.