Azərbaycanın rəqibləri müəyyənləşdi
25.09.2013 - 15:22
Azərbaycanın rəqibləri müəyyənləşdi
2017-ci ildə keçiriləcək U-20 və U-17 yığmaları arasında dünya çempionatına ev sahibliyi etmək uğrunda mübarizədə Azərbaycan rəqibləri məlum olub. Apasport.az saytının məlumatına görə, gənclərin yarışının təşkilatçılığı üçün rəqabət daha böyükdür.

Burada ölkəmizlə yanaşı, Bəhreyn, İngiltərə, Sinqapur, Fransa, Cənubi Koreya, Meksika, Polşa, İrlandiya, CAR, Tunis, Səudiyyə Ərəbistanı və Ukrayna U-20 iddiasındadır. U-17-lərin yarışına isə Azərbaycan. Sinqapur, AR, Özbəkistan, Hindistan və İrlandiya namizədlik verib.

Qeyd edək ki, Azərbaycanın U-20-lərin dünya çempionatına namizədliyini verməsini 2013-cü ilin fevralında AFFA prezidenti Rövnəq Abdullayev açıqlamışdı.