“Sabiq “qarabağ”lılar bizə problem yarada bilər”
03.10.2013 - 15:28
Topaz Premyer Liqasının IX turu çərçivəsində sabah “Bakı”nı qəbul edəcək “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun apasport.az saytına müsahibəsi.
- “Bakı” ilə matçın hazırlığı necə keçir?
- Hər şey normaldı. 6 gündən sonra növbəti görüşə çıxacağıq. Son vaxtlar öz oyun üslubu olan komandaya qarşı mübarizə aparacağıq. Qarşılaşmaya ciddi yanaşırıq. Yəni, öz proqramımız üzrə hazırlıq prosesi keçmişik.
- Rəşad Sadıqov zədəli olduğundan ötən tur “Neftçi”yə qarşı oynamadı. Kapitanın sabah meydana çıxacağı gözlənilirmi?
- Onun haqda qərar sabah veriləcək. Forma geyinmək ehtimalı daha yüksəkdir.
- Sadıqov məşqlərdə iştirak edir?
- Son iki məşqə qatılıb. Kollektiv hazırlıqda iştirak edib.
- Milinko Pantiçin gəlişindən sonra sürətli oyuna üstünlük verən və hazırda çempionatda ən çox qol vuran “Bakı”nı necə məğlub etməyi düşünürsünüz?
- Əlbəttə, rəqibi təhlil etmişik. Mobil komandadı. Bütün xətlərdə - müdafiə, yarımmüdafiə və hücum – fəal futbolçuları var. Fiziki və taktiki cəhətdən yaxşı hazırlanıb. Əksər futbolçuları yaxşı formadadırlar. Rauf Əliyev, Əfran İsmayılov, Mindauqas Kalonas hər oyunda özlərini yaxşı tərəfdən göstərirlər. Müdafiədə də düzgün oynayırlar. Düşünürəm ki, çempionatda ən güclü rəqiblərdən biridir.
- Qeyd etdiyiniz kimi, “Bakı”nın heyətində ən yaxşı formada olanlar arasında sabiq “qarabağ”lılar – Əfranla Rauf da var. Komandanızın sabiq futbolçularınız tərəfindən “vurulması”ndan çəkinmirsiniz?
- Onların hər ikisi yaxşı formadadı. Oyundan oyuna da yaxşı çıxış edirlər. Amma komanda yalnız 2 nəfər üzərində qurulmayıb. Heyətlərində bacarıqlı futbolçular çoxdur. Hansı ki, onlar baş məşqçinin tapşırığını həm fərdi, həm də kollektiv şəkildə yerinə yetirməyi bacarırlar. Təhlükəli əks-hücumlar qururlar. Qaldı ki, sabiq “qarabağ”lılara, onların bizə problem yarada bilərlər.
- Son 4 turda qələbə qazana bilməməyiniz müzakirə olunur. Səbəbini siz nə ilə izah edərdiz?
- Ciddi səbəb yoxdur. Çalışırıq ki, öz oyun üslubumuzu qoruyub, saxlayaq. Qələbə qazana bilmədiyimiz görüşlərdə də pis təsir bağışlamamışıq. Yeganə problem nəticə ilə bağlıdır. Bu da normal haldır. Çempionatda bütün komandalar bir-biri ilə oyunlara ciddi hazırlaşır. Ona görə də istənilən komanda bu cür halla üzləşə bilər.
- Fiziki hazırlıqla bağlı sizə irad edən mütəxəssislər də var...
- Onlara hansısa cavabım yoxdur. Çünki həmin fikri səsləndirən insanlar komandanın içərisində deyillər. Kənarda olduqlarına görə, hərə öz fikrini səsləndirir. Qələbə qazananda tərifləyirlər, uduzanda isə səhvlər axtarırlar. Belə düşünənlərə cavab vermək üçün zamanımız yoxdur. Futbolçuların hazırlığı məni qane edir.
- Yığmanın oyunları ilə əlaqədar çempionatda iki həftəyə yaxın fasilə yaranacaq. Fasiləni necə dəyərləndirməyi düşünürsünüz?
- Əslində, komandanın bütün üzvlərinə 4-5 gün dincəlmək imkanı yaratmaq istərdim. Lakin alınmayacaq. Çünki futbolçuların əksəriyyəti yığmaların düşərgəsinə yollanacaq. Sərəncamımda az sayda oyunçu qalacaq. Yalnız oktyabrın 16-da hamı klubun düşərgəsində olacaq. Onda da “Sumqayıt”la oyuna hazırlaşacağıq.
- Turnir cədvəlindəki sıxlıqla bağlı nə deyə bilərsiz?
- İndi elə vəziyyət yaranıb ki, məğlubiyyət və ya qələbə çox şeyi dəyişəcək. Hər qazanılan xal və ya xallar sayəsində liderliyə də yüksələ bilərsən, ən azı qərarlaşdığın pilləni də qoruya bilərsən. Hər xalın öz dəyəri var.

0
0