Millimizin rəqibi heyətdə dəyişiklik etdi
03.10.2013 - 15:41
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Şimali İrlandiya yığmasının heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, oktyabrın 11-də Bakıda millimizlə, 4 gün sonra isə Ramat Qanda İsraillə qarşılaşacaq Böyük Britaniya təmsilçisi Aaron Hyuzu heyətinə qaytarıb.
Baş məşqçi Maykl O’Nilin bu gün açıqladığı heyətdə təcrübəli müdafiəçi yer almamışdı. İngiltərədə “Fulhem” klubunun şərəfini qoruyan təcrübəli müdafiəçi məşqdə aldığı zədə üzündən heyətdən kənar qalmışdı. Bu üzdən də baş məşqçi yığmaya “Brentford”un üzvü Rori Makardlini çağırıb. Böyük Britaniyanın ən nüfuzlu internet saytları da bu dəyişikliyin zədə ilə bağlı olduğunu dərc edib.
Lakin Şimali İrlandiya Futbol Assosiasiyasının rəsmi saytında yerləşdirilən heyətdə sonradan dəyişiklik edilərək Hyuz Makardli əvəzləyib. Böyük ehtimalla bu onunla bağlıdır ki, müayinə Hyuzun oynamasının mümkünlüyünü göstərib.

0
0