Toşakın “Xəzər Lənkəran”dakı yetirməsi Uelsə gedir
03.10.2013 - 17:39
Toşakın “Xəzər Lənkəran”dakı yetirməsi Uelsə gedir
“Xəzər Lənkəran”ın dayaq yarımmüdafiəçisi Nikola Qliqorov Makedoniya yığmasından növbəti dəfə dəvət alıb. Apasport.az saytının məlumatına görə, sentyabrın 28-də müvəqqəti baş məşqçi təyin olunan Zoran Stratev dünya çempionatının son seçmə görüşləri üçün 30 yaşlı oyunçunu da çağırmağı unutmayıb.

Qeyd edək ki, Nikola Qliqorov “Xəzər Lənkəran”dakı baş məşqçisi Con Toşakın tarixi vətəni olan Uelsə və Serbiyaya gedəcək. Makedoniya britaniyalılarla oktyabrın 11-də Kardiffdə, serblərlə isə həmin ayın 15-də Belqradda görüşəcək.