Yunisoğlu və İsayevin baş məşqçisi bəlli oldu
03.10.2013 - 21:06
Yunisoğlu və İsayevin baş məşqçisi bəlli oldu
Saşa Yunisoğlu və Arif İsayevin də şərəfini qoruduqları “Denizlispor” klubunun yeni baş məşqçisi müəyyənləşib. Apasport.az Türkiyə mətbuatına istinadən xəbəbr verir ki, PTT Birinci Liqa təmsilçisi sabiq futbolçusu Yusuf Şimşəklə anlaşıb.

Klub binasında təşkil olunan imza atma mərasimində yeni işi ilə bağlı fiikirlərini açıqlayan 38 yaşlı çalışdırıcı onu bu vəzifəyə layiq gördükləri üçün rəhbərliyə təşəkkür edib. “Dənizlispor”u öz evi kimi gördüyünü deyən Şimşək yenidən kluba qayıtdığı üçün xoşbəx olduğunu bildirib.

Komandada Şimşək köməkçilərinin də adı açıqlanıb. Şaban Özdeş, Gökhan Kılavuz və Alaattin Gülərcə baş məşqçi köməkçisi, Kıvanç Bozkurt isə qapıçı məşqçisi olaraq fəaliyyət göstərəcək.

Qeyd edək ki, Yusuf Şimşək 1996 – 2000-ci illərdə futbolçu olaraq Dənizli təmsilçisində çıxış edib.