Abışovlu “Rubin”dən darmadağın - VİDEO
03.10.2013 - 22:31
Abışovlu “Rubin”dən darmadağın - VİDEO
Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışovun şərəfini qoruduğu “Rubin” klubu bu gün Avropa Liqasının qrup mərhələsində Belçikanın “Zyulte-Varegem” komandası ilə qarşılaşıb. Apasport.az saytının məlumatına görə, Kazan təmsilçisi rəqibini 4:0 hesabı ilə məğlub edib.

“Rubin”in baş məşqçisi Qurban Berdiyev bu oyunda Ruslan Abışovu start heyətdə meydana buraxıb. Futbolçumuz 74-cü dəqiqəyə kimi meydanda mübarizə aparıb.