“İnter” “Sumqayıt”la oyuna hazırdı
04.10.2013 - 00:03
“İnter” “Sumqayıt”la oyuna hazırdı
Bu gün Topaz Premyer Liqanın IX turu çərçivəsində "İnter" səfərdə “Sumqayıt”ın qonağı olacaq. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “bankirlər” ötən gün Sumqayıta gəlib və saat 16:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda məşq çıxıb.

Məşq 1 saata yaxın davam edib. Qaçışdan və isinmə hərəkətlərindən sonra futbolçular taktiki tapşırıqlar üzərində çalışıblar. Məşq prosesi asma və qapıya zərbələrlə tamamlanıb. Futbolçular oyun öncəsi son hazırlıqlarını digər taktiki tapşırıqları yerinə yetirməklə başa vurublar.

Qeyd edək ki, "Sumqayıt" - "İnter" matçı sabah saat 16:00-da başlayacaq.