Ançelotti: Mənə belə sualları çox veriblər
15.10.2013 - 04:38
Ançelotti: Mənə belə sualları çox veriblər
Bu yay Madrid “Real”ında baş məşqçi postuna gətirilən Karlo Ançelotti gələcək karyerası ilə bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, İspaniya mətbuatına danışan 54 yaşlı mütəxəssis “Real”da karyerasını başa vura biləcəyini açıqlayıb.

“Roma” və ya, ölkəsi İtaliya millisinə keçəcəyi ilə bağlı xəbərləri də yalanlayan Ançelotti bu sözləri deyib: “Roma” və İtaliya millisində baş məşqçi işləmək? Mənə belə sualları çox veriblər. Bu barədə sizə bir şey deyə bilərəm ki, “Real”dan ayrılmağı deyil, burada baş məşqçilik karyeramı başa vurmaq istəyirəm.

Qeyd edək ki, Ançelottu bu yay Fransanın PSJ klubundan “Real”a keçib.