“Qızıl buts”un sahibi də 127 mindən danışdı
15.10.2013 - 11:33
“Çox şeyə söz vermək olar. Ancaq məsələn, San-Marino millisinin hər üzvünə milyon dollar mükafat söz versən belə, onlar Ukraynanı məğlub edə bilməyəcəklər”. Apasport.az saytının məlumatına görə, bunu 1994-cü ildə ABŞ-da keçirilən dünya çempionatının bombardiri Oleq Salenko deyib.
Rusiya yığmasının sabiq üzvü Kamerunla 6:1 hesabı ilə başa çatan oyunda vurduğu 5 qolla bütün dünyada bir andaca məşhur olmuşdu. Yaxınlarda ehtiyac üzündən qazandığı “Qızıl buts”u satmağa qərar verən Salenko Rusiya yığmasına qalib gələcəyi təqdirdə millimizin oyunçularına “vəd olunan” 127 min dollardan danışıb: “Vəd olunan mükafat azərbaycanlı futbolçuları “yandıra” bilər”. Heç nədən, nəticəsi ciddi əhəmiyyət kəsb etməyən matç üçün böyük miqdarda mükafat ayrılsa, bu, problem yarada bilər”.
Qeyd edək ki, bu gün DÇ-2014-ün seçmə mərhələsinin son oyununda Rusiya yığmasını qəbul edən millimizin hər bir oyunçusuna qələbə müqabilində 127 min dollar mükafat vəd olunması ilə bağlı iddialar var. Artıq hər iki ölkənin futbol ictimaiyyətində yer alan bir sıra şəxslər bu məsələyə münasibətini bildirib.

0
0