Portuqaliya millisi taleyi ilə barışıb
15.10.2013 - 13:05
Portuqaliya millisi taleyi ilə barışıb
Portuqaliya millisinin baş məşqçisi Paulu Bentu DÇ-2014-ün final mərhələsinə vəsiqə qazanmaq üçün pley-off matçları keçirəcəkləri fikrini qəbul etdiklərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, yığmamızla birgə F qrupunda mübarizə aparan pireneylilərin lider kimi mundiala birbaşa yollanmaq şansları azdır.

Belə ki, 1-ci pillədə qərarlaşan Rusiyaya Bakıda yığmamızla heç-heçə də sərf edir. Şimallılar paytaxtımızda uduzsalar belə, Portuqaliya zirvəni ələ keçirməkdən ötrü Lüksemburqu 6 qolluq fərqlə məğlub etməlidirlər: “Müasir futbolda rəqibin ona çox qol vurmağa icazə verəcəyinə arxayın olmaq olmaz. Artıq hamı müdafiəni savadlı şəkildə təşkil etməyi bacarır. Fikrimcə, oyuna çıxaraq 6:0 hesabı ilə qalib gəlməli olduğunuzu düşünmək düz deyil. Biz artıq psixoloji cəhətdən pley-off oyunlarını keçirəcəyimizi qəbul etmişik, buna hazırıq”.