Kubok getdi Lənkərana...
23.10.2013 - 15:53
Bu gün futbol üzrə Azərbaycan Superkuboku uğrunda oyun keçirilib. Apasport.az saytının məlumatına görə, mükafatın qalibi Topaz Premyer Liqasının və Azərbaycan kubokunun son qalibi “Neftçi” ilə “Xəzər Lənkəran” arasında matçda müəyyənləşib.
18 ildən sonra keçirilən Superkubok matçında cənublular qalib gəlib – 2:1. Bununla da ölkə kubokunun finalındakı məğlubiyyətin əvəzini çıxan Con Toşakın yetirmələri 4-cü Azərbaycan Superkubokunun sahibi olub. Cənublular tarixində ilk dəfə bu titula yiyələnib.
Qarşılaşmanın qəhrəmanlarından biri oyunun hakimi Rəhim Həsənov olub. “Böyük oyun”u idarə edən ədalət təmsilçisi artıq 16-cı dəqiqədə diqqət mərkəzinə düşüb. Ağabala Ramazanovun cərimə meydanında yıxılmasını penalti kimi dəyərləndirən Həsənov bir neçə dəqiqə sonra köməkçilərinin məsləhətləri ilə qərarını dəyişib. Buna etiraz əlaməti olaraq, sonra cənub təmsilçisinin rəhbərli VİP lojanı tərk edib.
Bu epizoddan 11 dəqiqə sonra isə Mbilla Etame hesabı açmaqla Superkubokda ilk qolun müəllifi olub. Legioner futbolçu Ramazanovun ötürməsini qola çevirib.
İkinci hissədə yenidən diqqət mərkəzinə düşən baş hakim Sadio Tounkaranı meydandan qovub. Bundan sonra təxminən yarım saat azlıqda oynamalı olan “Xəzər Lənkəran” üstünlüyü tez əldən verib. Araz Abdullayevin ötürməsindən sonra Karlos Kardoso bərabərlik qoluna imza atıb. Az sonra braziliyalı müdafiəçi zədələnərək meydanı tərk edib. Çoxlarının əlavə vaxta ehtiyac yaranacağını düşündüyü zaman “Xəzər Lənkəran” Superkubokun taleyini həll edən qola imza atıb. Rasim Ramaldanov azlıqda qalan komandasını son dəqiqədə vurduğu qolla irəli çıxarıb. Bundan sonra komandalar artırılmış dəqiqələri oynamalı olublar. Bu dəqiqələrdə gərgin keçən matçda növbəti xoşagəlməz hadisə yaşanıb.
Qeyd edək ki, bunadək 1992 və 1995-ci illərdə “Neftçi”, 1993-cü ildə isə “Qarabağ” Superkuboku başı üzərinə qaldırıb. Hər 3 halda mükafatı yerli mütəxəssislərin komandaları əldə edib. İndiyədək 3 dəfə - İngiltərə, İspaniya və UEFA Superkubokunu qazanan Con Toşak 4-cü uğurunu Azərbaycanda gerçəkləşdirməklə bunu bacaran ilk legioner mütəxəssis olub.
IV Azərbaycan Superkuboku
23 oktyabr (çərşənbə)
“Xəzər Lənkəran” – “Neftçi” - 2:1
QOLLAR: Etame, 27; Rasim Ramaldanov, 90 - Kardozo, 69
QIRMIZI VƏRƏQƏ: Sadio Tounkara, 64
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Vaqif Musayev, Rauf Cabbarov.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov.
İbrahimxəlil Axundlu adına Naxçıvan Muxtar Respublika stadionu
“Xəzər Lənkəran”: 33. Duqlas Leite, 3. Vanderson Skardueli, 4. Alvaro Silva, 6. Rasim Ramaldanov, 7. Sadio Tounkara, 10. Elnur Abdullayev, 11. Zohair Benouahi, 14. Rahid Əmirquliyev (k), 20. Etame Mbilla, 27. Adrian Skarlatake, 55. Ağabala Ramazanov
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 8. Edu Oriol, 18. Tural Cəlilov, 21. Radomir Todorov, 22. Deivid Sakkoni, 23. Nikola Qliqorov, 42. Kamran Abdullazadə
Baş məşqçi: Con Toşak
“Neftçi”: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 3. Denis Silva, 6. Rəşad Sadiqov (k), 7. Araz Abdullayev, 9. Flavio Aleks Valensio, 14. Bahodir Nasimov, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 19. Mirhüseyn Seyidov, 22. Mahir Şükürov
Ehtiyat oyunçular: 1. Pavel Doroşev, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 10. Cavid İmamverdiyev, 11. Melvin Platye, 32. Elvin Yunuszadə, 90. Ernest Nfor
Məşqçi: Tərlan Əhmədov

0
0