Rəqibimizin planları bəlli oldu
23.10.2013 - 14:58
Noyabrın 19-da Azərbaycan milli komandası ilə yoldaşlıq oyunu keçirəcək Qırğızıstan yığmasının hazırlıq planı məlum olub. Apasport.az saytının xəbərinə görə, gələn il keçiriləcək Asiya Futbol Konfederasiyasının Çağırış kubokunun final mərhələsinə hazırlaşan rəqibimiz noyabrda 4 yoxlama görüşü keçirəcək.
Berti Foqtsun yetirmələri Asiya təmsilçisinin son rəqibi olacaq. Bunadək qırğızıstanlılar ayın ilk günündə Cakartada İndoneziya, 11-də Əl-Küveytdə Küveyt, 15-də isə Düşənbədə Tacikistanın qonağı olacaq. 3 səfər matçından sonra vətənə dönəcək rəqibimiz noyabrın 19-da Bişkekdəki Dolen Omurzakov stadionunda yığmamızı qonaq edəcək.

0
0