“Qarabağ” Lənkərana nə vaxt gedir?
23.10.2013 - 15:12
“Qarabağ” “Xəzər Lənkəran”la oyunun hazırlıqlarına başlayıb. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının XI turunda lənkəranlıların qonağı olacaq Ağdam təmsilçisi bu gün tam heyətlə hazırlığa start verib.
Bazar günü “Sumqayıt”a (3:0) qarşı keçirilən matçın ertəsi bərpa məşqi keçən “Qarabağ” dünən istirahət edib. Bu gündən isə 2 çalışmayla hazırlıqlar sürətlənib. Ağdam klubunun səhər məşqi 11:00-da İdman Akademiyasının meydançasında baş tutub. Komanda axşam da sözügedən məkanda bir araya gələcək.
“Qarabağ” sabah da Bakıda məşq edib, cümə günü Lənkərana yola düşəcək.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Qarabağ” oyunu bazar günü keçiriləcək. Oyun saat 19:00-da başlayacaq.

0
0