Aleks Ferqyusson: O, müharibəyə getmək istəyirdi
23.10.2013 - 15:46
“Mançester Yunayted”in sabiq baş məşqçisi Ser Aleks Ferqyussonun bugünlərdə işıq üzü görən avtobioqrafik xarakterli kitabında qələmə aldığı məqamlar gündəm yaratmaqda davam edir. Apasport.az saytının məlumatına görə, əfsanəvi məşqçi “qırmızı şeytan”ların kapitanı Nemanya Vidiçlə bağlı maraqlı bir hadisəni bölüşüb.
Sən demə, serbiyalı müdafiəçi Kosovo münaqişəsi zamanı döyüşə getmək istəyirmiş: “Vidiçin çətin xarakteri var. 2009-cu ildə yanıma gələrək dedi ki, müharibədə ölkəsinə kömək etmək üçün onu Serbiyaya çağıra bilərlər. Məsələnin nədən ibarət olduğunu soruşdum. Cavabı belə oldu: Kosovo. Mən müharibəyə getmək, döyüşmək istəyirəm. Bu, mənim borcumdur. Gözlərindən hiss olunurdu ki, buna hazırdı”.
Qeyd edək ki, Aleks Ferqyusson xırda bir səhvə yol verib. 2009-cu ildə artıq Kosovoda hərbi əməliyyatlar getmirdi.

0
0