“Neftçi” gücünü jurnalistə göstərdi - FOTO
23.10.2013 - 15:50
Hazırda davam edən Superkubok oyunu zamanı Naxçıvana ezam olunmuş jurnalistlərdən biri “Neftçi” rəsmilərinin təzyiqi ilə üzləşib. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar”ın braziliyalı müdafiəçisi Karlos Kardozo zədələnərək meydanı xərəkdə tərk etməli olub.
Cənubi amerikalı futbolçuya meydandan kənarda ilkin tibbi yardım edilərkən yerli idman portalı əməkdaşlarından biri bunu kameranın yaddaşına köçürmək istəyib. Ancaq “Neftçi”nin icraçı direktoru Mübariz Xudiyev və klubun mühafizə xidmətinin əməkdaşı jurnalistə təzyiq edərək ona öz işini görməkdə maneçilik edib.

0
0