Tuyqun Nadirov: 10 nəfərlə layiqli qələbə qazandıq
23.10.2013 - 16:13
Tuyqun Nadirov: 10 nəfərlə layiqli qələbə qazandıq
“Hakim qərəzli idi”. Bunu apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov deyib.

Cənub təmsilçisi ölkə Superkuboku uğrunda görüşdə əzəli rəqibi “Neftçi”yə qalib gəldi – 2:1. Oyun barədə danışan Nadirov qazanılan zəfərdə komandaya dəstək verən azarkeşlərə təşəkkür edib: “Komandamız özünü Naxçıvanda ev sahibi kimi hiss etdi. Bizə dəstək olan hər kəsə təşəkkür edirəm. 10 nəfərlə qalsaq da, sonacan mübarizə aparıb layiqli qələbə qazandıq. Bu nəticə çempionatdakı oyunlarımıza da təsir edəcək. Penalti epizoduna gəlincə, artıq bu il 2 dəfə oxşar hadisə olub. Ümid edirəm ki, qərəzli qərar deyildi. “Xəzər Lənkəran” ölkə futbolunun lokomotividir”.