“Neftçi” rəhbərliyi bütün məşqçiləri istefaya göndərdi
23.10.2013 - 16:47
“Neftçi” rəhbərliyi Tərlan Əhmədovun rəhbərlik etdiyi məşqçilər korpusu istefaya göndəriləcək. Bu barədə jurnalistlərə klub prezidenti Sadıq Sadıqov məlumat verib.
O deyib ki, “Xəzər Lənkəran”na Superkubok matçında 1:2 hesabı ilə uduzan komandasını tanıya bilməyib. Sadıqov “Xəzər Lənkəran”ın “Neftçi” üzərində layiqli qələbə qazandığını bildirib.
Daha sonra klub prezidenti bildirib ki, “Neftçi”də yeni baş məşqçi məsələsinə həftə sonu “Simurq”la Topaz Premyer Liqasının oyunundan sonra aydınlıq gələcək. Sadıqov əlavə edib ki, Böyükağa Hacıyevin yenidən “Neftçi”yə baş məşqçi vəzifəsinə qaytarılması mümkünsüzdür.

0
0