Rasim Ramaldanov: Çox sevinirəm
23.10.2013 - 17:21
Rasim Ramaldanov: Çox sevinirəm
“Ağır oyun olacağını bilirdik. “Xəzər Lənkəran” azarkeşlərini qələbə münasibəti ilə təbrik edirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın müdafiəçisi Rasim Ramaldanov deyib.

“Xəzər Lənkəran” bu gün Azərbaycan Superkubokunda “Neftçi”ni məğlub etdi (2:1). Naxçıvanda keçirilən matçda qələbə topunun müəllifi olan Ramaldanov buna görə ikiqat sevinc hissi yaşadığını dilə gətirib: “Qələbə topunu vurduğum üçün çox sevinirəm. Ancaq kimin fərqlənməsinin fərqi yoxdur. Hakimlik və ilk hissədə vurmalı olduğumuz penalti qərarına dair nəsə deyə bilmərəm”.