“10 nəfərlə də “Neftci”dən yaxşı oynadıq” - FOTO
23.10.2013 - 17:33
“İkinci hissədə azlıqda qaldıq. Amma 10 nəfərlə də “Neftci”dən yaxşı oynadıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın futbolçusu Zohair Benouahi deyib.
Mərakeşli legioner Azərbaycan Superkubokunun “Neftçi” ilə qarşılaşmasından sonra matç haqda fikirlərini bildirib. Benouahi qazanılan 2:1 hesablı qələbəyə sevindiyini qeyd edib: “Bu “Xəzər Lənkəran”da ilk titulumdur. Ona görə də sevincliyəm. Əlbəttə ki, I hissədəki həmin epizodda penalti var idi. Hələ indiyədək 11 metrlik cərimə zərbəsinin təyin edilib, sonradan qərarın dəyişdirilməsini görməmişdim”.
Qeyd edək ki, matçın I hissəsində Ağabala Ramazanovun cərimə meydanında yıxılmasını əvvəl penalti kimi dəyərləndirən baş hakim Rəhim Həsənov sonradan qərarını dəyişmişdi.

0
0