Mahir Şükürov: Superkubok keçirilməməli idi
23.10.2013 - 17:41
Mahir Şükürov: Superkubok keçirilməməli idi
“Çox gözəl futbol ab-havası yaratmışdılar”. Bu sözləri “Neftçi” klubunun müdafiəçisi Mahir Şükürov deyib.

Bu gün keçirilən Superkubok oyununda “Xəzər Lənkəran”la qarşılaşan “Neftçi” meydanı məğlubiyyətlə tərk edib.

Paytaxt təmsilçisi fasilədən sonra bərabərlik qolunu vursa da, sona yaxın yenilgidən qaça bilməyib. Üstəlik, rəqib meydanda azlıqda qalmışdı. Matçla bağlı fikrini bildirən “Neftçi”nin təcrübəli cinah oyunçusu fikrini belə yekunlaşdırıb: “Biz son mövsümdə həm çempion olmuşuq, həm də ölkə kubokunu qazanmışıq. Superkubok isə çempionla kubokun qalibi arasında keçirilir. Belə çıxır ki, özümüz özümüzlə oynamışıq”.

Şükürovun fikrincə, hazırkı vəziyyətdə bu oyun keçirilməməli idi: “Həm çempion olan, həm də kuboku qazanan komanda üçün bu cür oyunu keçirmək lazım deyildi”.