Ramin Musayev: İntriqa olacaq – MÜSAHİBƏ
23.10.2013 - 18:00
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin apasport.az saytına müsahibəsi
- Nəhayət, Superkubok oyunu keçirildi. Qarşılaşma ilə bağlı nə deyə bilərsiniz?
- Superkubok 18 il idi keçirilmirdi. Oyunun vaxtını bir neçə gün qalmış bildirdik. Ancaq bu istiqamətdə işlər əvvəldən gedirdi. Naxçıvan Muxtar Respublikasının rəhbərliyi ilə danışıqlar aparılırdı. Onlar razılıq vermişdilər. Həqiqətən də bu gün futbol bayramı oldu. Qarşılaşmanın Naxçıvanda keçirilməsinə gəldikdə, “Neftçi” Bakını, “Xəzər Lənkəran” isə Lənkəranı təmsil edir. Fikirləşdik ki, oyun tərəfsiz meydanda keçirilsin. Klub rəhbərləri də fikrimizi dəstəklədilər.
- Deyəsən, gərginliklə bağlı bu dəfə daha az əziyyət çəkdiniz?
- Biz dava-dalaş tərəfdarı deyilik. Həm də meydanda baş verənlərin bizə aidiyyəti yoxdur. Bu dünyanın hər yerində baş verir. Vacib odur ki, matçdan sonra hər iki komandanın üzvləri bir-biri ilə mehriban görüşdülər. Üstəlik, hər iki klubun iştirakı ilə birgə şam yeməyi yeyiləcək (müsahibə oyundan dərhal sonra götürülüb - red.).
- Hakimliklə bağlı nə deyə bilərsiniz? Baş hakim Rəhim Həsənov əvvəl penalti verdi, sonra isə qərarını dəyişdi.
- Bu, hakimin qərarıdır. Yəni o, verdiyi qərarı dəyişə də bilər. Çünki hələ verdiyi qərar icra olunmamışdı.
- Sizcə, penalti var idimi?
- Mən hakim olmamışam.
- “Xəzər Lənkəran” həmin epizodla bağlı etirazını kəskin şəkildə bildirdi.
- Açığı, penalti təyin edilən zaman təəccübləndim.
- Sizə elə gəlmirmi ki, “Xəzər Lənkəran”ın qələbə qazanması AFFA və PFL-i tənqidlərdən uzaqlaşdırdı?
- Bu cür söz-söhbətlərə inanmıram. Oyundan əvvəl “Xəzər Lənkəran” rəhbərliyi ilə də görüşdük. Onlarla eyni oteldə qalmışıq, mehriban söhbət etmişik. Təklif etdilər ki, oyundan sonra hər iki komanda birgə şam yeməyi yesinlər. Nəticədən asılı olmayaraq qərara gəldik ki, matçdan sonra mütləq bir yerdə şam yeməyi yeyəcəyik.
- Oyunun gedişi zamanı klub rəhbərliyinin reaksiyası bundan xəbər vermirdi...
- Klub rəhbəri hirslənə bilər. Oyun zamanı bu cür hallar mümkündür. Hər iki klub rəhbərliyi peşəkar insanlardır. 90 dəqiqə rəqib, oyundan sonra isə dost olurlar.
- Naxçıvandakı oyun iki komanda arasındakı intriqanı soyuda bildi?
- İntriqa yenə olacaq. Vaxtilə klub rəhbəri olmuşam, həmin anları yaşamışam. Tərəfdarı olmasam da, heç kim hay-küylü hərəkətlərdən sığortalanmayıb.

0
0