“Xəzər Lənkəran” və “Neftçi”nin futbolçuları birgə yemək yedi - FOTO
24.10.2013 - 00:53
“Xəzər Lənkəran”la “Neftçi” arasında dünən keçirilən Superkubok oyunundan sonra maraqlı anlar yaşanıb. Apasport.az saytının Naxçıvana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, ilk öncə “Neftçi”nin prezidenti Sadıq Sadıqov rəhbərlik etdiyi klubun sabiq futbolçusu Ağabala Ramazanova oyun ərzində etdiyi hərəkətlərinə görə öz narazılığını çatdırıb.
Ancaq ən maraqlısı isə onda olub ki, əzəli komandaların rəhbərliyi də daxil olmaqla, bütün heyətləri matçdan sonra Naxçıvanın Nəqşicahan istirahət mərkəzində bir araya gəlib. Klub prezidentləri Mais Mənsimovla Sadıq Sadıqovun mehribancasına görüşündən sonra hər iki kollektivin üzvləri birgə şam yeməyində iştirak edib.

0
0