İdmançımız ağır atletika üzrə dünya çempionatında üçüncü yeri tutdu
24.10.2013 - 01:58
İdmançımız ağır atletika üzrə dünya çempionatında üçüncü yeri tutdu
Polşada keçirilən ağır atletika üzrə dünya çempionatında 69 kq-a dək çəki dərəcəsində mükafatçıların adları bəlli olub. Apasport.az saytının İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, onların arasında azərbaycanlı idmançı da var. Firidun Quliyev 337 kq (143+194 kq) nəticə ilə bürünc medala sabib çıxıb.

Qeyd edək ki, qızıl medalı çinli Lyao Huey (358 kq: 160+198), gümüş medalı isə rusiyalı Oleq Çen (340 kq: 160+180) qazanıb.