Mançini: Açığı, bu qədərini gözləmirdim
24.10.2013 - 02:14
“60-cı dəqiqəyə kimi çox yaxşı oynadıq. Açığı, bu qədərini gözləmirdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qalatasaray”ın baş məşqçisi Roberto Mançini deyib.
İtaliyalı mütəxəssis Çempinlar Liqasının II turu çərçivəsində “Kopenhagen” üzərində qazanılan 3:1 hesablı qələbəni dəyərləndirib:
Təcrübəli çalışdırıcı növbəti oyunda yaxşı nəticə qazanmaq üçün daha çox çalışmalı olduqlarını bildirib: “Hesab edirəm ki, hələ bir az vaxta ehtiyacımız var. Bu komandaya yeni baş məşqçi gəlib. İstədiklərimizi həyata keçirmək bir az vaxt aparır. Bu axşamkı dəstəyə görə azarkeşlərimizə də təşəkkür edirəm. “Kopenhagen”lə səfərdəki qarşılaşmamız daha çətin keçəcək. Orada istədiyimiz nəticəni qazanmaq üçün daha yaxşı hazırlaşmalıyıq”
Qeyd edək ki, İstanbul klubu bu qalibiyətdən sonra 4 xalla B qrupunda ikinci yerdə qərarlaşıb.

0
0