“Bakıdakı oyunda lazımsız və məntiqsiz qol buraxdıq”
24.10.2013 - 09:25
“Bakıdakı oyunda lazımsız və məntiqsiz qol buraxdıq”
“Azərbaycanla oyunun nəticəsinə “Spartak”dakı bütün futbolçularımız məyus olmuşdu”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya milli komandasının və Moskva “Spartak”ının futbolçusu Dmitri Kombarov deyib.

Sol cinahda həm müdafiəçi, həm də yarımmüdafiəçi kimi çıxış etməsi ilə seçilən 26 yaşlı futbolçu DÇ-2014-ün seçmə mərhələsinin Bakıda Azərbaycan millisinə qarşı keçirilən oyunu unutmayıb. Kombarov Rusiya mətbuatına müsahibəsində 1:1 hesablı heç-heçənin “Spartak”a necə təsir etdiyini açıqlayıb: “Sonda qol buraxmaq üzücü idi. Lazımsız və məntiqsiz qol buraxdıq. Lakin ümumilikdə götürəndə bu nəticə bizim sevincimizin qarşısını almadı. Axı biz mundiala vəsiqə qazanmışıq”.”