Azərbaycan çempionunun oyunlarına güzəştli bilet
24.10.2013 - 11:49
Azərbaycan çempionunun oyunlarına güzəştli bilet
Futzal üzrə UEFA kubokunun elit-raundunda mübariz aparacaq Azərbaycan çempionu “Araz”ın oyunlarına biletlər satışa çıxarılıb. Apasport.az saytının məlumatına görə, qarşılaşmaları Portuqaliyada keçiriləcək D qrupunun matçlarına biletlərin qiyməti 5 avrodur.

Lakin bu biletlə 1 deyil, 2 görüş izləmək olar. Belə ki, 5 avrosundan keçən azarkeşlər günün hər 2 matçını izləyə bilər. Noyabrın 21-24-də Lissabonun “Almada” kompleksində baş tutacaq bütün matçları izləmək istəyənlərə isə güzəşt olunacaq. 3 turu üçün nəzərdə tutulan bilet cəmi 10 avrodur. Bununla 6 oyun izləmək olar.

Qeyd edək ki, “Araz” noyabrın 21-də Hollandiya “Eyndhoven”i, ertəsi gün Macarıstan “Qyor”u, 24-də isə meydan sahibi “Sportinq”lə görüşəcək.