Nazim Süleymanov: “Neftçi”dən təklif gəlsə belə, hər şey məndən asılı deyil
24.10.2013 - 12:07
“Neftçi”nin baş məşqçisi təyin olunacağımla bağlı çıxan xəbərlər həqiqəti əks etdirmir”. Bu sözləri apasport.az saytına açıqlamasında millimizin məşqçisi Nazim Süleymanov deyib.
Dünən Naxçıvanda baş tutan Azərbaycan Superkubokunda “Neftçi” prinsipial rəqibi “Xəzər Lənkəran”a uduzdu (1:2). Oyundan sonra paytaxt klubunun prezidenti Sadıq Sadıqov jurnalistlərlə söhbətində məşqçilər korpusunun istefaya göndəriləcəyini açıqlayıb. “Neftçi”nin yeni çalışdırıcısının adına gələn həftə aydınlıq gələcəyi gözlənilir.
Hazırda yerli məşqçilərdən Nazim Süleymanovun adı “ağ-qaralar”la yanaşı hallanır. Lakin o, paytaxt təmsilçisindən təklif almadığını bildirib: “Neftçi”dən təklif almamışam, komandaya baş məşqçi təyin olunacağımla bağlı xəbəri sizdən eşidirəm. Belə bir şey olmadığından uzun-uzadı danışmağa lüzum görmürəm. Həm də mən Berti Foqtsun köməkçisiyəm, AFFA ilə müqaviləm var. Yəni, təklif gəlsə belə, hər şey məndən asılı deyil”.
Qeyd edək ki, hazırda “Neftçi”də baş məşqçi vəzifəsini Tərlan Əhmədov yerinə yetirir. Avrokubokda uğursuzluq səbəbi ilə Böyükağa Hacıyevin postunu tərk etməsindən sonra klub rəhbərliyi onunla yola davam etməyi lazım bildi. “Ağ-qaralar” Premyer Liqada yeni mövsümə yaxşı başladığından və hazırda “Qarabağ”la liderliyi bölüşdüyündən Əhmədovun baş məşqçi kimi təsdiqlənəcəyi gözlənilirdi. Ancaq Sadıqov “Neftçi”nin Azərbaycan Superkubokunda azlıqda oynayan “Xəzər Lənkəran”a uduzmasını gənc çalışdırıcıya bağışlamadı.

0
0