“O, “Neftçi”nin futbolçusunu meydandan qovmalı idi” - MÜSAHİBƏ
24.10.2013 - 12:48
“Xəzər Lənkəran”ın braziliyalı qapıçısı Duqlas Leytenin apasport.az saytına müsahibəsi
- Növbəti “Böyük oyun” əvvəlkilərə baxanda sakit keçdi. Qarşılaşmada gərginlik hiss olunmadı. Bu haqda nə deyə bilərsiniz?
- Düz qeyd edirsiniz ki, bu matç əvvəlki duellərdən fərqlənirdi. İlk hissədə biz bütün cəhətlərə görə rəqibi qabaqlayırdıq. İkinci hissədə bərabər səviyyədə oyun getdi. Sadio Tunkaranın qırmızı vərəqə almasından sonra meydanda balans pozuldu.
- Hakim Sadionu qovmaqda haqlı idi?
- Yox, təbii ki. Ədalətsiz qərar idi. Ancaq indi bu haqda danışmağın mənası yoxdur. Çünki biz artıq Superkubokun qalibiyik (gülür).
- Bu sizin Azərbaycanda ilk titulunuzdur. Bu haqda nə deyə bilərsiniz?
- “Xəzər Lənkəran”da ilk ilimdəcə titul qazanmağım məni sevindirməyə bilməz. İndi isə mövsümün sonunda növbəti kuboku qazanmağımızı gözləyəcəyəm. Artıq böyük qələbələrə öyrəşməyimizin vaxtıdır.
- Ümumiyyətlə, peşəkar karyeranız ərzində Superkubok qazanmışdınızmı?
- Yox, buna Azərbaycanda nail oldum. Bu Superkubok mənim üçün ilk və çox xüsusidir.
- Azlıqda qaldıqdan sonra qələbə qazanacağınıza dair inam itmədi ki?
- Futbol elə oyundur ki, detallardan ibarətdir. Bunlar isə meydanda həll olunur. Qırmızı vərəqədən sonra hər şey ola bilərdi. Ancaq sevinirəm ki, azlıqda qaldıqdan sonra məğlub olmadıq. Əksinə qələbə qazandıq. Deməli, bizim bu kuboka haqqımız çatırdı. Rasim Ramaldanovun son dəqiqələrdə vurduğu qol bizim üçün əsl hədiyyə oldu.
- İkinci hissənin sonlarında siz az qala “Neftçi”nin cərimə meydançasına kimi gəldiniz. Belə etməyə sizi nə vadar etdi?
- Həmin an özümdən çıxmışdım. Bizim oyunçuya qarşı aşkar kobudluğa görə hakim “Neftçi”nin futbolçusunu meydandan qovmalı idi. Ancaq belə etmədi. Ona görə də mən özümü saxlaya bilmədim. Referiyə öz narazılığımı çatdırmaq istədim.
Səbuhi TOFİQOĞLU

0
0