İki derbi, qisas anı, liderlərin çətin səfəri
24.10.2013 - 13:00
İki derbi, qisas anı, liderlərin çətin səfəri
Sabah Topaz Premyer Liqasında XI tura start veriləcək. Apasport.az saytının məlumatına görə, turun qarşılaşmaları 3 gün davam edəcək. Qarşılaşmalardan 3-ü Bakıda, 2-si əyalətdə keçiriləcək.

İlk oyun günündə liderlik iddiasında olan “Qəbələ” “Sumqayıt”ı qəbul edəcək. I dövrədə gözlənilmədən autsayderə uduzan Yuri Syominin yetirmələri məğlubiyyətin qisasını almaqla, ən azı 2 günlük zirvəyə yüksələ bilər. “Qarabağ”la “Neftçi”nin çətin oyunlar gözlədiyindən, “Qəbələ” turu da 1-ci pillədə başa vura bilər. “Sumqayıt” isə yeganə qələbəsini qazandığı rəqibi yenə büdrətməyə və son piləni tərk etməyə çalışacaq.

Sabah baş tutacaq 2-ci oyunda isə mövsümün ən çox qol vuran və hamıdan çox top buraxan komandalar üz-üzə gələcək. Paytaxt derbisində “Rəvan”ın qonağı olacaq “Bakı” I dövrədə 5 cavabsız qol vurduğu rəqibi yenə asanlıqla keçmək arzusundadır. Milinko Pantiçin yetirmələri turu itkisiz keçməyə, Şahin Diniyevin komandası isə yeni baş məşqçisi ilə ilk xalını qazanmağa çalışacaq.

Turun 2-ci günündə də paytaxt derbisi baş tutacaq. AZAL-ın qonağı olacaq “İnter” turnir cədvəlindəki acınacaqlı durumunu düzəltməyə cəhd edəcək. “Təyyarəçilər” isə 4-cü pilləni qorumaq üçün qalib gəlməlidir.

Liderlər isə bazar günü meydana çıxacaq. Həm “Qarabağ”, həm də “Neftçi” zirvədəki mövqeyini qorumaq üçün çətin səfərdə qalib gəlməlidir. Baş məşqçi Tərlan Əhmədovla yollarını ayırmaqda olan bakılılar paytaxtda “Simurq”un qonağı olacaq. Özü üçün münasib rəqiblə görüşən “Neftçi” qalib gəlməklə ən azı 1 saatlıq ilk pilləyə yüksələcək. Bakılıların bunu bacaracağı halda turu da zirədə bitirməsi daha inandırıcıdır.

Çünki Azərbaycan Superkubokunu qazanmaqla yüksək əhval-ruhiyyədə olan “Xəzər Lənkəran”ın “Qarabağ”dan da xal ala bilər. 4-cü yerədək irəliləməsi mümkün olan Con Toşakın yetirmələri lideri taxtdan salmaqla prinsipial rəqibi “Neftçi”nin irəliləməsində rol oynaya bilər. Ağdamlılar isə hətta 3-cü pilləyədək enə bilər. Qurban Qurbanovun yetirmələrinin qələbə qazanmadan da ilk pillədə qalması da mümkündür. Qələbə isə ağdamlıları zirvədə saxlayacaq. Bunu

Qeyd edək ki, Topaz Premyer Liqasının liderləri “Qarabağ” və “Neftçi” üçün qarşıdakı oyun yubileylə əlamətdar olacaq. Hər iki komanda ölkə çempionatlarında 600-cü matçını keçirəcək.

Topaz Premyer Liqası

XI tur

25 oktyabr (cümə)


15:00. “Qəbələ” – “Sumqayıt”
Qəbələ şəhər stadionu

18:00. “Rəvan” – “Bakı”
“Bayıl Arena” stadionu

26 oktyabr (şənbə)

17:00. AZAL – “İnter”
AZAL Arena stadionu

27 oktyabr (bazar)

18:00. “Simurq” – “Neftçi”
“Şəfa” stadionu

19:00. “Xəzər Lənkəran” – “Qarabağ”
Lənkəran şəhər stadionu


komandaoqhmtx
1
Qarabağ
10
6
3
1
17-4
21
2
Neftçi
10
6
3
1
14-7
21
3
Qəbələ
10
6
1
3
15-9
19
4
AZAL
10
4
3
3
11-13
15
5
Bakı
10
4
2
4
18-12
14
6
Xəzər L
10
3
4
3
9-10
13
7
Simurq
10
3
4
3
9-9
13
8
İnter10
3
1
6
16-16
10
9
Rəvan
10
1
3
6
5-21
6
10
Sumqayıt
10
1
2
7
5-18
5

Bombardir: Mindauqas Kalonas (Bakı) - 5 qol