AFFA dünya çempionunu Bakıya gətirir
24.10.2013 - 13:23
2014-cü ilin may-iyun aylarında Bakıda keçiriləcək “IV Caspian Cup” turnirinin iştirakçılarından biri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, AFFA-nın təşkilatçılığı ilə 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında baş tutan ənənəvi beynəlxalq turnirdə Meksika yığması da çıxış edəcək. Artıq Meksika Futbol Assosiasiyası müvafiq yaş qrupuna daxil olan millisinin “IV Caspian Cup”da iştirak edəcəyini təsdiq edən məktubu AFFA-ya göndərib.
Qeyd edək ki, Meksika U-17 yığması müvafiq yaş qrupu üzrə hazırkı dünya çempionudur.
Mənbə: affa.az
Qeyd edək ki, Meksika U-17 yığması müvafiq yaş qrupu üzrə hazırkı dünya çempionudur.
Mənbə: affa.az
0
0