“Bakı”nın futbolçuları əltopu oynadı
24.10.2013 - 13:46
Topaz Premyer Liqasının XI turunun “Rəvan”la oyununa hazırlaşan “Bakı” matç öncəsi son məşqini keçirib. Apasport.az saytının məlumatına görə, sabahkı qarşılaşma ərəfəsində baş məşqçi Milinko Pantiç yetirmələrinə fərqli tapşırılar verib.
Belə ki, isinmə hərəkətlərindən sonra futbolçuları çox yükləməyən ispaniyalı mütəxəssis əyləncəli əltopu oynamaq tapşırığı verib. Küləkli və soyuq hava şəraitində keçən məşqin digər bölümündə isə komanda üzvləri “kvadrat” oynayıb. Sonda qısa və uzaq məsafələrə qaçmaqla yarışan oyunçular son 15 dəqiqədə cinah hücumları üzərində çalışıb.
Qeyd edək ki, zədəsini sağaltmaqla məşğul olan Kamran Ağayev, Mario Rubio, Elvin Əliyev və Şəhriyar Əliyev hazırlıqda iştirak etməyib. Yüngül zədəsi olan Ruben Qonsales isə fərdi çalışmaqla kifayətlənib.

0
0