Millimizin qapıçısı əməliyyat olundu
24.10.2013 - 13:55
DÇ-2014-ün seçmə mərhələsinin Rusiya ilə baş tutan (1:1) son matçından zədələnən Kamran Ağayev əməliyyat olunub. Apasport.az saytının məlumatına görə, dizində mensk yırtığı əmələ gələn “Bakı”nın qolkiperi srağagün yollandığı Türkiyədə “Acıbadem Fulya Xəstəxanası İdman Sağlamlıq Mərkəzi”ndə bıçaq altına yatıb. Əməliyyatda futbolçunun yırtıq menskləri kəsilərək götürülüb. Bundan sonra Kamranın 1 ay futboldan uzaq qalacağı bəlli olub.
Bundan başqa, xeyli vaxtdır ambulator müalicə alan komandamızın daha bir futbolçusu Mario Rubio da eyni xəstəxanada cərrah masasına uzanmalı olub. İspaniyalı futbolçuya ikitərəfli qasıq yırtığı diaqnozu qoyulub. Əməliyyatdan sonra fiziki bərpa prosesi keçəcək yarımmüdafiəçinin 6 həftə sonra yaşıl meydana dönməsi gözlənilir.

0
0