“Dieqo Kosta İspaniyanı deyil, Braziliyanı seçəcək”
24.10.2013 - 15:19
“Dieqo Kosta İspaniyanı deyil, Braziliyanı seçəcək”
“Dünya çempionatı indi keçirilsəydi, Dieqo Kostanı yığmaya dəvət edərdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Braziliya millisinin baş məşqçisi Luis Felipe Skolari deyib.

Bir müddət öncə İspaniya Futbol Federasiyası FİFA-ya müraciət edərək “Atletiko”nun forvardı Dieqo Kostanın milliyə cəlb olunması üçün razılıq istəyib. Lakin Skolari son vaxtlar sərgilədiyi oyun və vurduğu qollarla diqqət mərkəzinə düşən hücumçunu əldən vermək istəmədiklərini bəyan edib: “Dieqodan xoşum gəlir. İrəli ucda bizim “1 nömrə”miz Freddir, amma o, zədələnib. Kostaya əsas mərkəz hücumçusu gözü ilə baxıram. Əlavə olaraq, daha bir forvad tapmalıyıq. Mən onu noyabrın 16 və 19-da keçirəcəyimiz yoldaşlıq oyunlarına çağırmağa hazırlaşıram. Bilir ki, ispanlar da onu öz yığmalarında görmək istəyirlər. Ancaq Dieqo Braziliya millisinin heyətində 2 oyun keçirib. Düşünürəm ki, o, İspaniyanı deyil, Braziliyanı seçəcək. İstənilən halda qərarı oyunçu özü verəcək”.