Belaruslu futbolçu: “Qarabağ” rəhbərliyi ilə razılığa gələ bilmədik
24.10.2013 - 17:15
“Azərbaycan çempionatında çıxış edən yaxşı bir kluba getdim. Ancaq orda da karyeram alınmadı. Çünki klub rəhbərliyi ilə razılığa gələ bilmədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Çexiyanın “Trşinets” klubunun futbolçusu Dmitri Rekiş deyib.
2011/12 mövsümünün qış fasiləsində Ağdamın “Qarabağ” klubunun düşərgəsində baxışda olan, lakin geri qaytarılan belaruslu futbolçu burada gördükləri haqda danışıb. Qış fasiləsi vaxtı “Qarabağ”dan başqa, Özbəkistanın “Bunyodkor” və ölkəsinin “Qomel” klublarında baxışda olsa da bəyənilməyən 25 yaşlı yarımmüdafiəçi bəxtinin gətirmədiyini bildirib.
“Nəticədə Belarusa əliboş qayıtmalı oldum. Burda fərdi şəkildə məşq etməyə başladım. Dostlarım həvəskarlar çempionatında oynamağımı təklif etdilər. Razılaşdım. Əgər oynamasaydım, karyeramı bitirmək lazım idi. Başa düşürdüm ki, hələ peşəkar səviyyədə çıxış edə bilərəm. Buna potensialım və istəyim imkan verirdi” deyə Rekiş bildirib.
Qeyd edək ki, Dmitri Rekiş “Qarabağ”ın düşərgəsində olduqdan sonra ölkəsinin “Torpedo-BelAZ” və “Neman” klublarında çıxış edib.

0
0