UEFA irqçiliklə bağlı rusiyalı azarkeşləri cəzalandıra bilər
24.10.2013 - 19:55
UEFA irqçiliklə bağlı rusiyalı azarkeşləri cəzalandıra bilər
UEFA Rusiya təmsilçisi MOİK barədə intizam işi açıb. Apasport.az saytı İngiltərə mətbuatına istinadən xəbər verir ki, buna səbəb klub azarkeşlərinin adlarının irqçilikdə hallanmasıdır.

Belə ki, ötən gün Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Moskva təmsilçisi ilə qarşılaşan “Mançester Siti”li futbolçu Yaya Ture təhqir olunub. Fildişi sahilli yarımmüdafiəçi matçdan sonra açıqlamasında oyun ərzində rus azarkeşlər tərəfindən irqçi təhqirlərə məruz qaldığını deyib.

Bu məlumatdan sonra UEFA araşdırmalara başlayıb və qrumun Nizam-İntizam Komitəsində oktyabrın 30-da bu məsələyə baxılacaq.

Qeyd edək ki, Moskvada “Ximki Arena”da keçirilən bu qarşılaşmada “Mançester Siti” MOİK-i 2:1 hesabı ilə məğlub edib.