Fransa çempionatında oyunlar dayandırılacaq
24.10.2013 - 21:38
Fransa çempionatında oyunlar dayandırılacaq
Futbol üzrə Fransa çempionatında oyunlar dayandırılacaq. Apasport.az yerli KİV-ə istinadən xəbər verir ki, ölkənin Peşəkar Futbol Klublar Birliyi (UCPF) bu barədə məlumat yayıb.

Belə ki, Fransa 1-ci və 2-ci Liqada çıxış edən klublar dövlətin sərt vergilərinə etiraz olaraq bu addımı atacaq. UCPF-dən verilən açıqlamaya görə, cari mövsümdə 29 nayabrdan və 2 dekabradək nəzərdə tutulmuş qarşılaşmalar keçirilməyəcək.

Qeyd edək ki, “super vergi” də adlanan yeni qanuna görə, il ərzindən 1 milyon avrodan artıq qazanc əlkdə edən gəlirinin 75 faizini vergi olaraq ödəməlidir.