“Qalatasaray”lı futbolçu karyerasını başa vura bilər
25.10.2013 - 01:34
“Qalatasaray”lı futbolçu karyerasını başa vura bilər
“Qalatasaray”a ən qısa vaxta meydanlara qaytarmaq istədiyi futbolçusu Həmid Altıntopla bağlı şok xəbər gəlib. Apasport.az saytı xəbər verir ki, klubdan verilən açıqlqmada təcrübəli yarımmüdafiəçinin cərrahiyə əməliyyatı olunacağı qeyd edilib.

Belə ki, bu mövsüm sadəcə 3 turda çıxış edə bilən və belindəki ağrılar səbəbindən meydandan kənar qalan Həmidin bu ikinci əməliyyatı olacaq. Çünki o, Almaniyada çıxış edərkən də eyni problemlə üzləşmişdi. İstanbul klubunu narahat edən isə, bu əməliyyatın Altıntopun karyerasına son qoyacağıdır. Çünki ikinci dəfə belindən əməliyyat olunan 30 yaşlı futbolçunun əvvəlki kimi çıxış etməsi çox çətindir.

Qeyd edək ki, Həmid 2012-ci ildə İspaniyanın “Real” klubundan “Qalatasaray”a transfer olunub.