Abışovsuz “Rubin” İngiltərədən xalla qayıdır
25.10.2013 - 02:15
Avropa Liqasının qrup mərhələsində III turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, millimizin müdafiəçisi Ruslan Abışovun şərəfini qoruduğu “Rubin” də bu turda növbəti matçına çıxıb.
Kazan klubu səfərdə İngiltərə təmsilçisi “Uiqan”la üz-üzə gəlib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Ötən tur start heyətdə meydana çıxan Abışov isə bu matçda “18-liy”ə də daxil edilməyib.
Qeyd edək ki, D qrupunda yer alan “Rubin” 3 oyundan sonra 7 xal toplayıb və turnir cədvəlində 1-ci pillədə qərarlaşıb.

0
0