“Barselona”nın yarımmüdafiəçisi 6 aylıq sıradan çıxdı
25.10.2013 - 02:59
İspaniya təmsilçisi “Barselona”nın futbolçusu Conatan dos Santos altı ay yaşıl meydanlardan uzaq qalacaq. Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Belə ki, meksikalı yarımmüdafiəçi komanda ilə məşq edərəkən xəsarət alıb. Tibbi müayinədən keçirilən 23 yaşlı futbolçunun sağ dizində zədə aşkarlanıb. Komanda həkimlərinin verdiyi məlumata görə, o, noyabrın 5-də əməliyyat olunacaq və təxminan altı ay futbol oynaya bilməyəcək.
Qeyd edək ki, dos Santos “Barselona” futbol məktəbinin yetirməsidir.

0
0