“Milan” millinin aparıcı üzvünü pulsuz transfer edir
25.10.2013 - 03:53
Yaponiya millisinin və Moskva MOİK-nin aparıcı futbolçusu olan Keysuke Honda “Milan”la anlaşıb. Apasport.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi yanvarda İtaliya təmsilçisi ilə rəsmi müqavilə imzalayacaq.
Belə ki, Honda və klub rəsmiləri görüşərək bütün detalları razılaşdırıblar. Hazırda yapon futbolçu rəsmən “qırmızı-qaralar”a keçmək üçün qış transfer pəncərəsinin açılmasını gözləyir. Onun yeni klubu ilə 4 illik müqavilə imzalayacağı deyilir. Amma transferin maliyyə detalları hələlik bilinmir.
Onu da qeyd edək ki, Honda "Milana" pulsuz keçəcək. Çünki 2010-ci ildən MOİK-də çıxış edən futbolçunun müqaviləsi bu ilin sonu başa çatır.

0
0