“Bavariya”nın hücumçusu zədələndi
25.10.2013 - 05:56
“Bavariya”nın hücumçusu zədələndi
“Baavariya”nın futbolçusu Klaudio Pisarro növbəti oyunlarda komandasına kömək edə bilməyəcək. Apasport.az xəbər verir ki, bu barədə klub saytı məlumat yayıb.

Perulu hücumçu ötən gün məşq edərkən ombasından zədələnib. Komanda həkimlərinin məlumatına görə, 35 yaşlı futbolçu təxminən altı həftədən sonra yaşıl meydanlara qayına biləcək.

Qeyd edək ki, Pissaro cari mövsümdə 6 oyun keçirib və 2 qol vurub.