Arif Əsədov: AFFA-dan yeni təklif almışam
25.10.2013 - 11:46
Arif Əsədov: AFFA-dan yeni təklif almışam
“AFFA-dan yeni təklif almışam. Federasiyanın baş katibi Elxan Məmmədov millidə işimi davam etdirməyi təklif edib”. Bu sözləri apasport.az saytına açıqlamasından 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Arif Əsədov deyib.

U-19 yığmamızın Avropa çempionatının seçmə mərhələsində uğursuz çıxış etməsi gənc çalışdırıcının istefasını gündəmə gətirib. Üstəlik, Əsədovun AFFA ilə müqaviləsinin müddəti başa çatır. Lakin hər iki tərəf əməkdaşlığı davam etdirməkdə maraqlıdır: “AFFA işimi davam etdirməyi məqsədəuyğun sayır. Elə mən də qalıb, əlimdən gələni etmək istəyirəm. Düşünürəm ki, irəlidə daha çox faydalı ola bilərəm. Geridə qalan müddətdə topladığımız təcrübə bizə kömək edəcək”.

Qeyd edək ki, Arif Əsədov ötən ilin noyabrından U-19 yığmasına başçılıq edir. O, bu postda Vəli Qasımovu əvəzləyib.