FİFA millini cəzalandırdı
25.10.2013 - 11:55
FİFA Liberiya yığmasını rəsmən cəzalandırıb. Apasport.az saytının məlumatına görə, liberiyalılar Anqola millisi ilə görüşdə diskvalifikasiya olunmuş futbolçunun xidmətindən yararlanıb. Buna görə də FİFA Liberiya millisinə həmin görüşə görə 0:3 hesablı texniki məğlubiyyət verib.
Qeyd edək ki, Anqola bu oyunda 4:1 qalib gəldiyindən, dünya çempionatının seçmə mərhələsinin J qrupunun turnir cədvəlində dəyişiklik olmayıb. Belə ki, ilk pilləni tutan Seneqal millisi pley-off matçlarına qatılıb.

0
0