“Çempionatda da 1-ci olmaq istəyirik” - FOTO
25.10.2013 - 12:02
“Azərbaycanda ilk titulumu qazandığı üçün çox şadam. Biz Superkubokun qalibi olduq”. Apasport.az saytının məlumatına görə, bu fikirlər “Xəzər Lənkəran”ın ispaniyalı legioneri Alvaro Silvaya məxsusdur.
Azərbaycan Superkubokunun Naxçıvanda keçirilən oyununda “Neftçi”ni 2:1 hesabı ilə məğlub etməklə mükafatı başı üzərinə qaldıran cənubluların müdafiəçisi uğurun davamının gələcəyini bildirib: “Superkuboku qazanmağımız həm də ona görə sevindiricidir ki, bundan sonra bütün işlərimiz əla gedəcək. Qələbə qarşıdakı oyunlar üçün əlavə stimul verir. Biz çempionatda da 1-ci olmaq istəyirik”.

0
0