Avropa çempionatını keçirməyə əsas namizəd
25.10.2013 - 15:07
Avropa çempionatını keçirməyə əsas namizəd
UEFA prezidenti Mişel Platini Avro-2024-ün final mərhələsini qəbul etməyə əsas namizədin adını açıqlayıb. Apasport.az saytının məlumatına görə, qurum başçısı Almaniyanı qitə çempionatını keçirmək istəyini dəyərləndirib.

Platini bildirib ki, bu ölkə yarışı qəbul etməyə çox güclü namizəddir: “Əlbəttə ki, Almaniya çox güclü iddiaçıdır. Lakin indi məni daha çox Avro-2016 qayğılandırır. Bundan sonra isə Avro-2020 gündəmimizdə olacaq. Yalnız bunlardan sonra 2024-cü il haqda danışmaq olar”.

Qeyd edək ki, 2016-clı ildə yarış Fransada, 2020-ci ildə isə qitənin 11 müxtəlif şəhərində keçiriləcək. Bakıda 7 il sonrakı yarışa iddia edən namizədlər sırasındadır.