Sadıq Sadıqov yeni baş məşqçini komandaya təqdim etdi
25.10.2013 - 15:19
Sadıq Sadıqov yeni baş məşqçini komandaya təqdim etdi
“Neftçi”nin yeni baş məşqçisi Nazim Süleymanovla rəsmi müqavilə imzalanıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, klubun bazasında komandanın yeni çalışdırıcının təqdimat mərasimi keçirilib.

Klub prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə baş tutan görüşdə Süleymanov komanda üzvlərinə təqdim edilib. Bundan sonra komanda yeni çalışdırıcının rəhbərliyi altında ilk məşqinə çıxıb. Yeni baş məşqçinin köməkçisi isə Səmədağa Şıxlarov olacaq.

Qeyd edək ki, mövsümün əvvəlindən komandada baş məşqçi vəzifəsinin icra edən Tərlan Əhmədov və köməkçiləri Bəxtiyar Musayevlə Kamal Quliyev Superkubokdakı məğlubiyyətdən sonra istefa verib.