Nazim Süleymanov jurnalistlər önünə çıxır
25.10.2013 - 16:49
Nazim Süleymanov jurnalistlər önünə çıxır
“Neftçi”nin yeni baş məşqçisi Nazim Süleymanov sabah “Bakcell Arena”da mətbuat konfransı keçirəcək. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, o, saat 12:00-dan etibarən media nümayəndələrinin suallarını cavablandıracaq.

Qeyd edək ki, Tərlan Əhmədov, Bəxtiyar Musayev və Kamal Quliyevin istefasından sonra Nazim Süleymanov “Neftçi”yə baş məşqçi təyin olunub. Süleymanovun köməkçisi isə Səmədağa Şıxlarov olacaq.