“Qəbələ”nin futbolçusuna ağır itki üz verdi
25.10.2013 - 17:13
“Qəbələ”nin futbolçusuna ağır itki üz verdi
“Qəbələ”nin az öncə başa çatmış “Sumqayıt”la görüşdə meydana qara sarğı ilə çıxmasının səbəbi bilinib. Apasport.az-ın klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, buna səbəb “qırmızı-qaralar”ın yarımmüdafiəçisi Nizami Hacıyevin qardaşının vəfatıdır.

Qeyd edək ki, buna görə oyun 1 dəqiqəlik sükütla başlayıb. Ötən tur “İnter”lə matçda 90 dəqiqə forma geyən Nizami Hacıyevin özü isə “18-liy”ə daxil edilməyib.

Allah rəhmət etsin!