Aqil Məmmədov danışmağa söz tapmadı
25.10.2013 - 17:35
Topaz Premyer Liqasının 11-ci turunda autsayder "Sumqayıt" səfərdə liderlər qrupunda qərarlaşan "Qəbələ"yə uduzub. Apasport.az saytının məlumatına görə, oyundan sonra qonaqların baş məşqçisi Aqil Məmmədovun iştirakı ilə mətbuat konfransı baş tutub.
Ancaq Məmmədov yetirmələrinin məğlubiyyətinə söz tapa bilməyib. 2 cümlə ilə kifayətlənən çalışdırıcı konfrans zalını erkən tərk edib: “Rəqib komandaya uğurlar arzulayıram. “Qəbələ” layiqli qələbə qazandı”.
Qeyd edək ki, “Qəbələ” Daniyel Subotiç və Dodonun qolları ilə matçdan 2:0 hesabı ilə qalib ayrılıb.

0
0